AKP sözçüsü Baydenə cavab verib

Ömər Çelik

© APA | Ömər Çelik

# 19 may 2022 17:40 (UTC +04:00)

Məsələ Türkiyəni razı salmaq deyil, məsələ NATO-ya yeni üzv olmaq istəyənlərin terrora verdikləri dəstəyin kəsilməsi, onların razı salınmasıdır.

APA-nın İstanbul müxbirinin xəbərinə görə, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik ABŞ Prezidenti Co Baydenin İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı “Türkiyəyə səfər etməyəcəm, amma Türkiyəni razı sala biləcəyimizə inanıram” açıqlamasını şərh edərək deyib.

O qeyd edib ki, bu məsələ Türkiyə təzyiq göstərək, ortaq fikirdən kənarda qalıb yanaşma ilə həll oluna bilməz, Türkiyənin haqlı təhlükəsizlik tələbləri var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR