AKP sözçüsü: Ərdoğanın səyləri Rusiya və Ukraynanın bir araya gətirilməsi baxımından çox önəmlidir 

Ömər Çelik

© APA | Ömər Çelik

# 25 iyul 2022 19:23 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın diplomatik səyləri taxıl dəhlizi məsələsində Rusiya və Ukrayna tərəflərinin bir araya gətirilməsi baxımından çox önəmlidir.

APA-nın İstanbul müxbirinin xəbərinə görə, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, bütün dünyadan, ABŞ-dan gələn reaksiyalar Türkiyənin dünyanı qida böhranından qurtarmaqda necə önəmli rol oynadığının göstəricisidir.

AKP sözçüsü İranın paytaxtı Tehranda Suriyada münaqişənin həllinə dair Astana prosesinin zəmanətçi üç ölkəsinin liderlərinin görüşünün də vacibliyini qeyd edərək, Türkiyənin bu format çərçivəsində bundan sonra da iştirak edəcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR