AKP: Türkiyə və Suriya XİN rəhbərlərinin görüşünə hazırlıq davam edir

Ömər Çelik

© APA | Ömər Çelik

# 11 yanvar 2023 14:58 (UTC +04:00)

Türkiyə və Suriya xarici işlər nazirlərinin görüşü üçün hazırlıq işləri davam edir.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, Rusiyanın vasitəçiliyi Türkiyə Prezidenti tərəfindən yüksək qiymətləndirilib. Çelik, müdafiə nazirlərinin ikinci görüşünün harada və nə vaxt keçiriləcəyinin bəlli olmadığını əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR