Albaniyada dövlət rəsmilərinin şəxsi məlumatları sosial şəbəkədə yayılıb

Albaniyada dövlət rəsmilərinin şəxsi məlumatları sosial şəbəkədə yayılıb
# 24 dekabr 2021 02:48 (UTC +04:00)

Albaniyada prezident və baş nazir də daxil olmaqla yüz minlərlə vətəndaşın şəxsi məlumatları oğurlanaraq sosial şəbəkədə yayılıb.

APA-nın xəbərinə görə, sosial şəbəkələrdə yayılan məlumatlarda vətəndaşların adları, fotoları, iş yeri və gəlirləri barədə məlumatlar yer alır.

Yerli media 700 mindən çox şəxsin məlumatlarının ələ keçirildiyini bildirir. Ən çox narahatlıq doğuran məqam hərbçilər və xüsusi xidmət orqanlarının əməkdaşları barədə məlumatların yayılmasıdır.

Ölkənin baş prokuroru bildirib ki, heç bir server kiberhücuma məruz qalmayıb. Məlumatlar məqsədyönlü şəkildə, serverlərə çıxışı olan əməkdaşlar tərəfindən paylaşılıb. Artıq dövlət qurumlarının serverləri ciddi nəzarətə götürülüb.

Qeyd edək ki, ötən apreldə parlament seçkilərinə bir neçə gün qalmış milyon nəfərdən çox seçicinin şəxsi məlumatları internetdə yayılsa da, indiyədək heç kim cəzalandırılmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR