Albaniyanın keçmiş daxili işlər naziri azadlıqdan məhrum edilib

Saimir Tahiri

© APA | Saimir Tahiri

# 06 fevral 2022 05:28 (UTC +04:00)

Albaniyanın keçmiş daxili işlər naziri Saimir Tahiri 3 il 4 ay azadlıqdan məhrum edilib.

APA-nın xəbərinə görə, keçmiş nazir vəzifə səlahiyyətlərini aşmaqda və narkotik ticarətindən pay almaqda ittiham edilir.

2017-ci ildən vəzifəsindən uzaqlaşdırılan nazirə 2019-cu ildə ittiham irəli sürülsə də, faktı sübuta yetirmək mümkün olmamışdı. Sonradan onun əmisi uşaqları İtaliyada həbs edildikdən sonra nazirin köməyindən istifadə etdiklərini bildiriblər.

Keçmiş nazir məhkəmə zalında həbs edilərək Tirana həbsxanasına aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR