Ali komissar: "Ərzaq böhranına görə qaçqınların sayı arta bilər"  

Ali komissar: "Ərzaq böhranına görə qaçqınların sayı arta bilər"  
# 16 iyun 2022 08:09 (UTC +04:00)

Ukrayna münaqişəsi nəticəsində yaranan ərzaq böhranına son qoyulmasa 100 milyonluq qaçqının sayı arta bilər.

APA xəbər verir ki, bunu BMT-nin qaçqınlar üzrə ali komissarı Filipo Qrandi bildirib

“Çox sayda insanın evlərini tərk etməməsi üçün ərzaq təhlükəsizliyi problemi həll edilməlidir. əks halda çox sayda insan evlərini tərk edəcək” – deyə Qrandi xəbərdarlıq edib.

Ali komissar qeyd edib ki, tarixdə ilk dəfə bu il qaçqın və köçkünlərin sayı 100 milyon nəfəri keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR