Ali Rada Sovet dövründən qalma qanunları ləğv edib

Ali Rada Sovet dövründən qalma qanunları ləğv edib
# 21 aprel 2022 20:54 (UTC +04:00)

Ali Rada qanunvericiliyin desovetləşdirilməsi haqqında qanun layihəsini qəbul edib.

APA Ukrayna mediasına istinadən xəbər verir ki, Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) və Ukrayna Sovet Sosialist Respublikası (Ukrayna SSR) tərəfindən qəbul edilmiş 1200 akt ləğv edilib.

Qanun layihəsinin qəbul edilməsinə ümumilikdə 293 deputat səs verib.

Ukrayna İnformasiya Agentliyinin xəbərinə görə, Rada prezident Vladimir Zelenskinin aprelin 25-dən hərbi vəziyyətin daha 30 gün, yəni mayın 25-dək uzadılması haqqında fərmanını təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR