Almaniya HIMARS istehsalına başlamağı planlaşdırır

Almaniya HIMARS istehsalına başlamağı planlaşdırır
# 29 yanvar 2023 07:47 (UTC +04:00)

Almaniyanın “Rheinmetall” konserninin baş direktoru Armin Papperger bildirib ki, onun şirkəti Ukrayna və Qərb ölkələrinin tələbatını ödəmək üçün tank və artilleriya sursatlarının istehsalını əhəmiyyətli dərəcədə artırmağa hazırdır. Bundan əlavə, Almaniyada HIMARS raket sistemlərinin istehsalı da planlaşdırılır.

APA-nın UNİAN-a istinadən verdiyi xəbərə görə, bu barədə “Reuters” məlumat verib.

Nəşr bildirir ki, məsələ ilə bağlı “Rheinmetall” ABŞ-ın “Lockheed Martin” şirkəti ilə danışıqlar aparır.

“Biz ildə 240 000 tank mərmisi (120 mm) istehsal edə bilərik ki, bu da bütün dünyanın ehtiyacından çoxdur”, - baş direktor bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR