Almaniya İranın 2 diplomatını "arzuolunmaz şəxs" elan edib

Cəmşid Şarməhd

© APA | Cəmşid Şarməhd

# 22 fevral 2023 14:55 (UTC +04:00)

Almaniya hökuməti Iranın Berlindəki səfirliyinin 2 əməkdaşını "arzuolunmaz şəxs" elan edib.

APA xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, buna səbəb kimi İran əsilli Almaniya vətəndaşı Cəmşid Şarməhd barəsində Tehran məhkəməsi tərəfindən ölüm hökmünün qəbul edilməsi göstərilib.

Şarməhd 2008-ci ildə İranda məsciddə törədilən və 14 nəfərin ölümü, 200-dən çox insanın yaralanması ilə nəticələnən partlayışın təşkilatçısı olmaqda ittiham olunur.

Berlin səfirliyinin əməkdaşlarına ölkəni tərk etmək tələbi irəli sürülüb.

;
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR