Almaniya kansleri Fransaya səfər edəcək

Almaniya kansleri Fransaya səfər edəcək
# 01 iyul 2022 21:20 (UTC +04:00)

Almaniya kansleri Olaf Şolts iyulun 4-də Fransaya səfər edəcək.

APA-nın xəbərinə görə, bu barədə kanslerin sözçüsü Stefen Hebestreyt mətbuat konfransında bildirib.

Sözçü qeyd edib ki, hökumət başçısı Parisdə Fransa prezidenti Emmanuel Makronla görüşəcək. Kanslerin səfərində məqsəd ikitərəfli və beynəlxalq məsələləri müzakirə etməkdir.

Görüş işçi nahar səviyyəsində keçiriləcək. Görüşdən sonra mətbuat konfransı nəzərdə tutulmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR