Almaniya kansleri Vladimir Putinlə telefonla danışmağı planlaşdırır

Almaniya kansleri Vladimir Putinlə telefonla danışmağı planlaşdırır
# 06 iyun 2023 20:19 (UTC +04:00)

Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinlə növbəti telefon danışığı etmək niyyətindədir.

APA xəbər verir ki, kansler bu barədə çərşənbə axşamı RTL telekanalına müsahibəsində bildirib.

Kanalın xəbərinə görə, “Şolts Rusiya prezidenti Vladimir Putinlə yenidən danışmağı planlaşdırdığını bildirib, çünki o, uzun müddətdir ki, bunu etmir. Hərçənd ki, indi uyğun vaxt deyil”.

Bundan əvvəl həm kanslerin özü, həm də mətbuat xidmətinin nümayəndələri vurğulamışdılar ki, Moskva ilə ikitərəfli təmaslara ehtiyac var və Berlin onları davam etdirmək istəyir.

Şolts və Putin telefonla sonuncu dəfə 2022-ci il dekabrın 2-də danışıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR