Almaniya kəşfiyyatı: Rusiyanın əlavə səfərbərlik potensialı 1 milyona qədər ola bilər

Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri Bruno Kahl

© APA | Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri Bruno Kahl

# 22 fevral 2023 12:16 (UTC +04:00)

Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri Bruno Kahlın sözlərinə görə, Vladimir Putin Ukraynadakı müharibənin sülh yolu ilə həllində maraqlı deyil.

APA xəbər verir ki, bu barədə BND rəhbəri "Spiegel"ə deyib.

Bruno Kahl bildirib ki, Rusiya Prezidenti sülhün şərtlərini diktə etmək üçün üstünlüyə nail olmağa çalışır.

“Hazırda, o, döyüş meydanında həll yolu axtarır və orada mümkün olan ən böyük üstünlükdən istifadə edir ki, sonra nə vaxtsa öz şərtləri ilə sülhü diktə etsin", - Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri qeyd edib.

Kəşfiyyat Xidmətinin rəhbəri həmçinin Rusiyada mümkün, daha geniş səfərbərliklə bağlı da xəbərdarlıq edib: “Rusiyanın əlavə səfərbərlik potensialı, Kreml lazım bildiyi təqdirdə, bir milyona qədər ola bilər".

Cəbhədəki mövcud vəziyyət kontekstində Kahl ukraynalıların çox effektiv mövqedə olduğunu əlavə edib, lakin uzunmüddətli perspektivdə döyüşdə çətinliklərlə bağlı xəbərdarlıq edib. “Ukrayna tərəfində uğur o zaman mümkün olacaq ki, Qərbin dəstəyi həqiqətən çox davamlı olsun”, - kəşfiyyat rəhbəri diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR