Almaniya Kömürdən İmtina Edən Ölkələr Alyansına qoşulacaq

Almaniya Kömürdən İmtina Edən Ölkələr Alyansına qoşulacaq
  • Clock-gray 16:41
  • calendar-gray 22 Sentyabr 2019

Almaniya Enerji Hasili üçün Kömürdən İmtina Edən Ölkələr Alyansına qoşulacaq.

APA-nın xəbərinə görə, bunu Almaniya Ətraf Mühit və Nüvə Təhlükəsizliyi naziri Svenya Şults “Funke” nəşrinə müsahibəsində bildirib.

Almaniyanın bu barədə rəsmi bəyanat bu gün – sentyabrın 22-də Nyu-Yorkda iqlimin qorunması üzrə sammitdə səsləndiriləcək. Nazir deyib ki, əgər Almaniya kimi böyük sənaye ölkəsi kömür və atomdan imtina edərsə və tədricən tamamilə bərpa olunan enerji mənbələrinə istiqamətlənərsə, bu, dünyanın digər regionları üçün güclü siqnal olar.

Qeyd edək ki, Almaniyada Rur vilayətində son kömür yatağı 2018-ci ilin dekabrında bağlanıb. Enerji Hasili üçün Kömürdən İmtina Edən Ölkələr Alyansı isə 2017-ci ilin noyabrında BMT-nin Bonda keçirilən İqlim dəyişikliyi üzrə konfransında yaradılıb. Hazırda Alyansa 30 ölkə qoşulub.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date