Almaniya Moldovaya 77 mln. avro yardım ayıracaq

Almaniya Moldovaya 77 mln. avro yardım ayıracaq
# 15 iyul 2022 13:05 (UTC +04:00)

Almaniya Moldovaya Ukraynadakı müharibənin nəticələrinin öhdəsindən gəlməyə kömək etmək üçün 77 milyon avro ayıracaq.

APA DPA-ya istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok Rumıniyanın paytaxtı Buxarestdə keçirilən donor konfransında bildirib.

Qeyd olunub ki, 40 milyon avro enerji xərcləri üçün subsidiya formasında veriləcək, 20 milyon avro isə enerji səmərəliliyi proqramına və bərpa olunan enerjiyə investisiyaya, həmçinin video dronlara, termal görüntüləmə avadanlığına, ərazi nəqliyyat vasitələrinə və sərhəddə pasport skanerlərinə ayrılacaq.

Qalan 17 milyon avro isə Moldovadakı ukraynalı qaçqınlara ayrılacaq.

Xatırladaq ki, maliyyə yardımını əvvəlcə Bundestaq təsdiqləməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR