Almaniya polisi neofaşist hücumun qarşısını alıb

Almaniya polisi neofaşist hücumun qarşısını alıb
# 12 may 2022 23:48 (UTC +04:00)

Almaniya polisi 16 yaşlı yeniyetmənin planlaşdırdığı neofaşist hücumun qarşısını alıb.

APA-nın “Spiegel”ə istinadla xəbərinə görə, bu barədə Şimali Reyn Vestfaliya vilayətinin daxili işlər nazirliyi məlumat yayıb.

Nazirlik bildirir ki, 16 yaşlı şəxs təhsil aldığı məktəbdə terror aktı planlaşdırırdı. Polis neofaşist hücumun qarşısını alıb.

Psixi problemlərdən əziyyət çəkən məktəblinin evindən 16 əldəqayırma partlayıcı qurğu, faşist svastikası və müsəlmanlara nifrət təbliğ edən şüarlar götürülüb. Əməliyyatda 120 polis əməkdaşı iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR