Almaniya Rusiyanı enerjidən silah kimi istifadə etməkdə günahlandırıb

Robert Habek

© APA | Robert Habek

# 12 may 2022 17:38 (UTC +04:00)

Almaniyanın vitse-kansleri və iqtisadiyyat naziri Robert Habek Rusiya hökumətini enerjidən silah kimi istifadə etməkdə ittiham edib.

APA xəbər verir ki, bu barədə Almaniyanın vitse-kansleri Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə Berlində keçirdiyi mətbuat konfransında bildirib.

“Demək lazımdır ki, indi vəziyyət elə bir həddə çatıb ki, enerjinin silah kimi istifadəsi həyata keçirilir”, - Habek deyib.

İqtisadiyyat naziri deyib ki, Almaniya qışa hazırlıq üçün qaz ehtiyatlarının yaradılmasına diqqət yetirir.

“Qaz anbarları qışa qədər dolmalıdır, əks halda asanlıqla şantaj oluna biləcəyimiz bir vəziyyətə düşəcəyik”, - o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR