Almaniya Ukrayna üçün 20 milyon avroluq “Starlink” peyk terminalları alacaq

Almaniya Ukrayna üçün 20 milyon avroluq “Starlink” peyk terminalları alacaq
# 26 yanvar 2023 10:57 (UTC +04:00)

Almaniya Ukrayna üçün 20 milyon avro dəyərində 10 min “Starlink” peyk interneti terminalları alacaq.

APA CNN-ə istinadən xəbər verir ki, məlumatı Ukraynanın rəqəmsal transformasiya naziri Mixaylo Fedorov yayıb. O, Almaniyanın göndərəcəyi “Starlink” terminallarının gələn ay Ukraynaya çatdırılacağını qeyd edib.

Almaniyanın xarici işlər nazirliyinin məlumatında bildirilib ki, göndəriləcək terminalların üçdə biri Ukrayna ordusu üçün nəzərdə tutulub.

“Real zamanlı kommunikasiya Ukrayna əsgərlərinə öz vətənlərinin müdafiəsini koordinasiya etməyə və özlərini Rusiya hücumlarına qarşı daha yaxşı qorumağa imkan verir”, - deyə Nazirliyin bəyanatında bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR