Almaniya Ukraynaya HHM sistemləri göndərəcək

Almaniya Ukraynaya HHM sistemləri göndərəcək
# 14 iyun 2022 10:26 (UTC +04:00)

Almaniya Ukraynaya müasir hava hücumundan müdafiə (HHM) sistemləri və artilleriya vasitələrinin yerini müəyyən edən radarlar göndərəcək.

APA “Deutsche Welle”yə istinadən xəbər verir ki, bu barədə Almaniya Kansleri Olaf Şolts bildirib.

“Aydındır ki, Ukraynanın özünümüdafiə üçün əlavə silahlara ehtiyacı var. Biz bu kritik mərhələdə öz dəstəyimizi nəzərəçarpan dərəcədə genişləndiririk. Biz Ukraynaya digər şeylərlə yanaşı, ən müasir HHM sistemləri və artilleriya vasitələrinin yerini müəyyənləşdirən radarlar göndərəcəyik”, - Şolts qeyd edib.

Kansler Almaniyanın işğal başlayandan Ukraynaya silah tədarük etdiyini əlavə edib.

Şolts Berlinin öz tərəfdaşları ilə birlikdə NATO-nun hər qarış torpağını qorumağa sadiq olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR