Almaniya Ukraynaya IRIS-T hava hücumundan müdafiə sistemi tədarük edəcək

Almaniya Ukraynaya IRIS-T hava hücumundan müdafiə sistemi tədarük edəcək
# 02 oktyabr 2022 07:45 (UTC +04:00)

Almaniya Ukraynaya IRIS-T hava hücumundan müdafiə sistemlərinin vaxtından əvvəl təhvil veriləcəyini vəd edib.

APA-nın RenTV-yə istinadən verdiyi məlumata görə, bu barədə Almaniyanın müdafiə naziri Kristina Lambrext Odessaya səfəri zamanı bildirib.

İlk hava hücumundan müdafiə sistemi yaxın günlərdə Kiyevin sərəncamında olacaq.

Bu sistemlərdən neçəsinin Kiyevə təhvil veriləcəyi hələlik məlum deyil.

Xatırladaq ki, Almaniyanın müdafiə naziri Kristina Lambrext Odessaya gözlənilməz səfər edib. Almaniyanın müdafiə departamentinin rəhbəri xüsusi əməliyyat başlayandan bəri ilk dəfə Ukraynaya səfər edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR