Almaniya Ukraynaya körpüdöşəyən tanklar göndərəcək

Almaniya Ukraynaya körpüdöşəyən tanklar göndərəcək
# 29 iyul 2022 19:32 (UTC +04:00)

Almaniya müdafiə naziri Ukrayna qüvvələrinə 16 BIBER körpüdöşəyən tank göndərilməsi barədə qərar qəbul edib.

APA-nın “Reuters”ə istinadən xəbərinə görə, bu barədə Almaniya Müdafiə Nazirliyinin bəyanatında bildirilib.

“BIBER Ukrayna qüvvələrinə döyüş zamanı su və maneələri keçməyə imkan verəcək”, - nazirliyin bəyanatında qeyd olunub.

Vurğulanıb ki, 6 sistemdən ibarət ilk partiya payızdan başlayaraq bu il Ukraynaya çatdırılacaq. Digər 10 sistemin isə gələn il tədarük edilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR