Almaniya Ukraynaya MLRS Mars II və haubitsalar göndərib

Almaniya Ukraynaya MLRS Mars II və haubitsalar göndərib
# 26 iyul 2022 18:19 (UTC +04:00)

Almaniya Ukraynaya çox lüləli raketatan sistemlər (MLRS) Mars II və özüyeriyən haubitsalar göndərib.

APA "Welt.de"yə istinadən xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Kristin Lambrext bildirib.

"Vəd edilmiş "Mars II" raket sistemləri və "Panzerhaubitzen 2000" özüyeriyən haubitsalar Ukraynaya təhvil verilib. Biz vədimizə əməl edirik", - Almaniya müdafiə naziri deyib.

Almaniyadan Ukraynaya silahların çatdırılmasını Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak da təsdiqləyib. “MLRS Mars II artıq alman müttəfiqlərimiz tərəfindən Ukraynaya təhvil verilib", o, "Twitter"də paylaşım edib.

Mars II Orta Artilleriya-Raket Sistemi müxtəlif hərəkət rejimli raketləri, məsələn, GPS sistemi ilə idarə olunan raketləri və ya minaatan raketləri vura bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR