Almaniya Ukraynaya yeni hərbi yardım göndərməyi planlaşdırır

Almaniya Ukraynaya yeni hərbi yardım göndərməyi planlaşdırır
# 24 iyun 2022 02:41 (UTC +04:00)

Almaniya Ukraynaya hərbi yardımları davam etdirəcək.

APA-nın xəbərinə görə, bu barədə ölkənin müdafiə naziri Kristina Lambrext məlumat verib. Nazir bildirib ki, gələn həftədən etibarən ukraynalı hərbçilərə "Mars-2" yaylım atəşli reaktiv sisteminin (YARS) istifadəsilə bağlı təlimlər keçiriləcək.

Parlamentdə çıxış edən nazir təlimlər başa çatdıqdan sonra həmin raket sistemlərinin Ukraynaya təhvil veriləcəyini bildirib. Onun sözlərinə görə, Almaniya, Böyük Britaniya və ABŞ Ukraynaya ümumilikdə 10 YARS tədarük edib.

Nazir onu da vurğulayıb ki, Ukrayna tərəfi Qərbdən aldığı silahlarla Rusiya ərazisindəki hədəfləri vurmayacağına zəmanət verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR