Almaniya və Latviya XİN başçıları Ukraynaya dəstəyi müzakirə edib

Edqars Rinkeviçs, Annalena Berbok

© APA | Edqars Rinkeviçs, Annalena Berbok

# 20 aprel 2022 14:26 (UTC +04:00)

Almaniya və Latviya xarici işlər nazirləri NATO-nun şərq cinahında alyansın daimi müdafiə qüvvələrinin yaradılmasını müzakirə edib.

APA xəbər verir ki, bu barədə Latviya XİN məlumat yayıb.

Görüşdə Almaniya-Latviya əməkdaşlığı, Ukraynaya dəstək məsələləri də müzakirə olunub.

Qeyd edək ki, Almaniya xarici işlər naziri Annalena Berbok Riqaya Almaniya-Baltik ölkələrinin illik iclasında iştirak etmək üçün səfər edib.

Estoniya və Litva XİN rəhbərləri də bu iclasda iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR