Almaniya və Niderland Ukraynaya əlavə altı “PzH 2000” haubitsa göndərəcək

Almaniya və Niderland Ukraynaya əlavə altı “PzH 2000” haubitsa göndərəcək
# 29 iyun 2022 03:14 (UTC +04:00)

Almaniya və Niderland Ukraynaya əlavə üç “Panzerhaubitze (PzH) 2000” haubitsa göndərəcək.

APA “Gazeta.ru” saytına istinadən xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Kristina Lambrextin məlumat verib.

“Niderlandla birlikdə Ukraynaya üçü Almaniyadan olmaqla əlavə altı “Panzerhaubitzen 2000” sistemini göndərəcəyik. Bu silah dünyanın ən qabaqcıl artilleriya sistemlərindən biridir”,-- deyə nazir bildirib.

Onun sözlərinə görə, yeni tədarüklər Ukraynanın müdafiə naziri Aleksiy Reznikovun tələbi ilə həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR