Almaniya xarici işlər naziri Zelenski ilə görüşüb

Vladimir Zelenski, Annalena Berbok

© APA | Vladimir Zelenski, Annalena Berbok

# 10 may 2022 19:54 (UTC +04:00)

Kiyevdə səfərdə olan Almaniya xarici işlər naziri Annalena Berbok Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Almaniya XİN başçısı "Twitter"də bildirib.

"Mən Kiyevdə olduğum üçün olduqca şadam. Ukraynalıların nümayiş etdirdiyi zəruri cəsarət çox təsirlidir. Mənim mesajım aydındır: Ukrayna bizim dəstəyimizə arxalana bilər - yalnız bu gün deyil, yalnız hərbi dəstək deyil. Biz müharibədən sonra da burda olacağıq nə zaman ki, Putin öz məqsədindən vaz keçəcək və Ukrayna öz gələcəyini quracaq", - Almaniya xarici işlər naziri deyib.

O, Prezident Zelenskiyə səmimi qəbul üçün təşəkkür edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR