Almaniya XİN başçısı COVID-ə yoluxduğu üçün Türkiyə səfərini ləğv edib

Annalena Berbok

© APA | Annalena Berbok

# 07 iyun 2022 16:14 (UTC +04:00)

Almaniyanın xarici işlər naziri Annalena Berbok COVID-19-a yoluxub.

APA xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin "Twitter" hesabında məlumat verilib.

Bildirilib ki, bu gün xarici işlər naziri dad hissini itirməsi ilə bağlı test verdikdən sonra onun koronavirus testinin nəticəsi pozitiv çıxıb.

“XİN başçısı davamlı olaraq test verir, bu gün səhər onun testinin nəticəsi neqativ idi. Nazirin bütün görüşləri ləğv olunub”, - məlumatda qeyd olunub.

Almaniya XİN-in mətbuat katibi də xəbəri təsdiqləyib.

Qeyd edək ki, nazir Berbok hazırda Pakistanda səfərdədir. Onun cümə axşamı Türkiyəyə səfərinin təxirə salındığı açıqlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR