Almaniya XİN başçısı Yunanıstan və Türkiyəyə səfər edəcək - YENİLƏNİB

Annalena Berbok

© APA | Annalena Berbok

# 28 iyul 2022 17:48 (UTC +04:00)

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Almaniya xarici işlər naziri Annalena Berbokun səfəri ilə bağlı məlumat yayıb.

APA-nın İstanbul müxbiri xəbər verir ki, Annalena Berbok 29 iyulda Türkiyəyə səfər edəcək.

Almaniya XİN rəhbərinin səfəri çərçivəsində keçiriləcək görüşlərdə ikitərəfli münasibətlər və Türkiyə-Avropa İttifaqı əlaqələri, eyni zamanda, başda Ukraynadakı proseslər olmaqla, regional məsələlər də müzakirə olunacaq.

***

14:55

Almaniyanın xarici işlər naziri Annalena Berbok Yunanıstan və Türkiyəyə səfər edəcək.

APA-nın “Bild” qəzetinə istinadən verdiyi xəbərə görə, nazir cümə günü Afinada Yunanıstan Baş naziri Kiriakos Miçotakis və xarici işlər naziri Nikos Dendias ilə görüşəcək.

Daha sonra Türkiyəyə səfər edəcək alman siyasətçi Ankaraya gəlməmişdən qabaq İstanbulda xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR