Almaniya XİN rəhbəri Rusiya ilə bağlı şərtini açıqlayıb

Annalena Berbok

© APA | Annalena Berbok

# 01 may 2022 15:29 (UTC +04:00)

Almaniyanın xarici işlər naziri Annalena Berbok hesab edir ki, Rusiyaya qarşı sanksiyaların ləğvi yalnız Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılması halında mümkündür.

APA bildirir ki, o, bu barədə “Bild am Sonntag” qəzetinə müsahibəsində söyləyib:

“Atəşkəs yalnız ilk addım ola bilər. Bizə hər şey aydındır. Sanksiyalar yalnız Rusiya qoşunlarını çıxaracağı təqdirdə götürüləcək. Rusiyanın diktə edəcəyi şərtlərlə sülh nə Ukraynaya, nə də Avropada bizə istədiyimiz təhlükəsizliyi gətirməyəcək. Ən pis halda, bu, növbəti müharibəyə – hətta sərhədlərimizə daha da yaxınlaşmağa dəvət olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR