Almaniya XİN rəhbəri Rusiyanı zorakılıqdan çəkindirməyin yollarını axtarır

Annalena Berbok

© APA | Annalena Berbok

# 18 yanvar 2022 16:39 (UTC +04:00)

"Bu gün Ukrayna sərhədində yüz minlərlə Rusiya hərbi qüvvələri var və bunu təhdid kimi qəbul etməmək çətindir".

APA-nın xəbərinə görə, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Moskvada rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi birgə mətbuat konfransında deyib.

O, Rusiyanın Ukrayna sərhədlərinə bu sayda hərbi qüvvələr toplamasının başa düşüləcək başqa bir səbəbinin olmadığını bildirib: "Biz bu gün "Rusiya ilə əməkdaşlığı necə dərinləşdirə bilərik" barədə müzakirələr aparmırıq. NATO, G7 səvviyəsində müzakirələr aparırıq ki, Rusiyanı zorakılıqdan necə çəkindirə bilərik, Rusiyanın ata biləcəyi addımlara necə cavab verə bilərik. Və bu xətti biz seçməmişik".

O qeyd edib ki, Rusiyanın təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərinə cavab olaraq Avropa qarşılqlı addımlar atmaq və qarşılqlı razılaşmalar əldə etmək üçün dialoqa hazır olduğunu bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR