Almaniya XİN rusiyalı diplomatı "arzuolunmaz şəxs" elan edib

Almaniya XİN rusiyalı diplomatı "arzuolunmaz şəxs" elan edib
# 28 yanvar 2022 16:41 (UTC +04:00)

Almaniya keçən il Rusiyanın Münhendəki konsulluğunda diplomatik ad altında işləyən bir casusu ölkədən çıxarıb.
APA-nın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə "Der Spiegel" məlumat yayıb.
Nəşr bildirib ki, akkreditə olunmuş diplomat Rusiya Xarici Kəşfiyyat Xidmətinin zabiti olub və yanvarın 27-də casusluq ittihamı ilə həbsi barədə qərar çıxarılan rusiyalı tədqiqatçı ilə əməkdaşlıq edən agent olub.
"Der Spiegel" qeyd edib ki, casus 2021-ci ilin yayında Auqsburq Universitetinin tədqiqatçısı Rusiya Xarici Kəşfiyyat Xidmətinə "Ariane" kosmik raketi haqqında məlumatı ötürməkdə şübhəli bilinən İlnur N.-nin həbsindən qısa müddət sonra ölkədən qovulub.
"Persona non grata" elan olunmuş zabit diplomatik toxunulmazlığa malik olduğu üçün istintaqa cəlb oluna bilməyib.
Xatırladaq ki, Berlin məhkəməsi 2019-cu ildə Berlin parkında çeçen dissidentin qətlini Rusiya dövlətinin sifariş verdiyini müəyyən etdikdən sonra Almaniya dekabrda iki rus diplomatını "persona non grata" elan etmişdi.
Qeyd edək ki, Rusiyanın Almaniyada 100-dən çox akkreditə olunmuş diplomatı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR