Almaniyada 57 yaşlı şəxs aeroportda maşını piyadaların üzərinə sürüb, xəsarət alanlar var

Almaniyada 57 yaşlı şəxs aeroportda maşını piyadaların üzərinə sürüb, xəsarət alanlar var
# 24 mart 2023 16:09 (UTC +04:00)

Almaniyada 57 yaşlı kişi hava limanında avtomobili piyadaların üzərinə sürüb.

APA DW-yə istinadən xəbər verir ki, insident Köln Bonn hava limanında qeydə alınıb.

Polis bildirib ki, bir nəfər (kişi) icarəyə götürdüyü avtomobili Köln Bonn Hava Limanında dayanacaqda piyadaların üzərinə sürüb.

"Sürücü beş-altı nəfəri yaralayıb və bir neçə avtomobillə toqquşub. Onun psixi sağlamlıq problemləri olduğuna dair əlamətlər var. Görünür, o, qəsdən bir neçə avtomobili və piyadanı vurub", polis sözçüsü əlavə edib.

Polisin verdiyi məlumata görə, 57 yaşlı şəxs həbs zamanı müqavimət göstərərkən iki polis əməkdaşını da yaralayıb.

"Həmin şəxs xəstəxanaya aparılıb və orada onun psixoloji analizləri aparılır", polisin məlumatında qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR