Almaniyada AES-lərin istismar müddətinin uzadılması təklif edilib

Kristian Lindner

© APA | Kristian Lindner

# 31 iyul 2022 23:27 (UTC +04:00)

Almaniyanın maliyyə naziri Kristian Lindner elektrik istehsalı üçün təbii qazdan istifadəni dayandırmağı təklif edib.

APA-nın xəbərinə görə, nazir “Bild am Sontag” nəşrinə bildirib ki, qaz böhranının dərinləşməməsi üçün onun elektrik stansiyalarında istifadəsi dayandırılmalıdır. Əks halda həm elektrik, həm də qaz təchizatında böhran dərinləşəcək.

Nazir qeyd edib ki, etibarlı və ekoloji cəhətdən təmiz mənbə olan AES-lərin fəaliyyət müddətim 2024-cü ilədək uzadılmalıdır.

Qeyd edək ki, qaz təchizatındakı problemlərə görə Almaniyada daş kömürlə işləyən elektrik stansiyalarının fəaliyyətinə təkrar icazə verilib. Bu stansiyalar oktyabrın 1-də işə düşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR