Almaniyada COVİD-19 məhdudiyyətlərinə qarşı aksiyalarda 15 minə yaxın etirazçı iştirak edib

Almaniyada COVİD-19 məhdudiyyətlərinə qarşı aksiyalarda 15 minə yaxın etirazçı iştirak edib
# 15 yanvar 2022 21:32 (UTC +04:00)

Bu gün Almaniyanın bir neçə şəhərində koronavirus məhdudiyyətlərinə və məcburi peyvənd olunmaya qarşı nümayişlər keçirilib.

APA DPA agentliyinə istinadən xəbər verir ki, bu barədə polisin yaydığı məlumatda bildirilib.

Ən böyük aksiya Frayburqda baş tutub - orada 6 minə yaxın etirazçı iştirak edib.

Hamburqda isə 3 min nəfər küçələrə çıxaraq etirazlarını ifadə ediblər.

Osnabrükdə 1,5 minə yaxın, Düsseldorfda aksiyalarda 2,5 min, Furthdə 1,5 min, Münhendə min nəfər hakimiyyətin pandemiya ilə bağlı siyasətinə etiraz edib.

Aksiyalar zamanı heç bir ciddi insident qeydə alınmayıb.

Qeyd edək ki, Almaniyada dekabrın sonundan bu səpkili müntəzəm etiraz aksiyaları keçirilir. Əks-kəşfiyyat İdarəsinin rəhbəri Tomas Haldenvanqın sözlərinə görə, bu cür etiraz aksiyalarının iştirakçıları getdikcə daha radikallaşır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR