Almaniyada hərbi poliqonda yanğınların sahəsi genişlənir

Almaniyada hərbi poliqonda yanğınların sahəsi genişlənir
# 03 iyun 2023 21:33 (UTC +04:00)

Almaniyanın Brandenburq əyalətində döyüş sursatlarının saxlandığı hərbi poliqonda 3 gündür meşələr yanır.

APA-nın xəbərinə görə, bu barədə ZDF məlumat yayıb.

Hazırda 35 hektar meşə sahəsin yanıb və küləyin güclənməsi vəziyyəti çətinləşdirib.

“Fövqəladə hallar xidmətləri çərşənbə günündən etibarən sursatların yerləşdiyi ərazidə meşə yanğınını söndürür”, - məlumatda bildirilib.

Telekanalın məlumatına görə, yanğının söndürülməsinə 25 yanğınsöndürən avtomobil cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR