Almaniyada poliqonda 2 zirehli texnika toqquşub, xəsarət alanlar var

Almaniyada poliqonda 2 zirehli texnika toqquşub, xəsarət alanlar var
# 02 fevral 2023 07:55 (UTC +04:00)

Almaniyada 2 “Puma” zirehli transportyoru təlim zamanı toqquşub, 12 nəfər yaralanıb.

APA-nın RND-yə istinadən verdiyi məlumata görə, döyüş maşınları yüksək sürətlə hərəkətdə olarkən bir-birinə çırpılıb. Zərərçəkənlər Bundesverin hərbçiləridir.

Əsgərlərdən biri ağır yaralanıb və helikopterlə xəstəxanaya çatdırılıb. Digərlərinə yerində tibbi yardım göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR