Almaniyada siyasi zəmində cinayətlərin sayı artıb

Almaniyada siyasi zəmində cinayətlərin sayı artıb
# 19 yanvar 2022 03:15 (UTC +04:00)

Almaniyada 2021-ci ildə siyasi zəmində törədilmiş cinayətlərin sayında rekord qeydə alınıb.

APA-nın xəbərinə görə, Cinayət işləri üzrə federal qurumun hesabatına əsasən, ötən il ölkədə siyasi zəmində 47 min 303 cinayət hadisəsi törədilib.

Bu son 20 ilin ən yüksək analoji göstəricisidir. Güc strukturları cinayətlərin sayının atmasını pandemiya fonunda Almaniya cəmiyyətinin radikallaşması ilə əlaqələndirir. Hesabata əsasən hüquq pozuntularının 19 mindən çoxunu ifrat sağçılar, 9 minə yaxınını isə solçular törədiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR