Almaniyada supermarketdə atışma olub, 2 nəfər ölüb

Almaniyada supermarketdə atışma olub, 2 nəfər ölüb
# 07 iyun 2022 17:29 (UTC +04:00)

Almaniyanın Şvalmştadt şəhərində supermarketdə atışma zamanı 2 nəfər öldürülüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər polisi “Tvitter”də yazıb.

Günorta saatlarında baş verən hadisə zamanı silahlı şəxsin marketin müştərisinə atəş açaraq öldürdüyü, daha sonra intihar etdiyi bildirilir.

Hadisənin terrorla əlaqəli olub-olmaması barədə xəbər verilmir. Hadisə yeri polislər tərəfindən bağlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR