Almaniyada yanacaqdoldurma məntəqəsində partlayış nəticəsində iki nəfər ölüb

Almaniyada yanacaqdoldurma məntəqəsində partlayış nəticəsində iki nəfər ölüb
# 17 yanvar 2022 22:34 (UTC +04:00)

Almaniyanın mərkəzində Hammersbax yaşayış massivi yaxınlığında yerləşən yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

APA yerli polsin yaydığı məlumata istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəgər ölüb.

Hadisə şahidlərinin sözlərinə görə, günorta saatlarında yanacaqdoldurma məntəqəsində yanğın partlayışla müşahidə olunub.

Qurbanlardan birinin cəsədi avtomobildə, digərininki isə yaxınlıqda tapılıb.

Partlayış nəticəsində yaxınlıqdakı restoranın binasına da ziyan dəyib.

Yanğın söndürülüb. Hadisənin başvermə səbəbi hələlik müəyyən edilməyib.

Polis əməkdaşları hadisə yerində araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR