Almaniyanın müdafiə naziri Ukraynaya tankların verilməsi ideyasını dəstəkləmir

Almaniyanın müdafiə naziri Kristin Lambrext

© APA | Almaniyanın müdafiə naziri Kristin Lambrext

# 07 iyul 2022 15:33 (UTC +04:00)

Almaniyanın müdafiə naziri Kristin Lambrext Ukraynaya zirehli nəqliyyat vasitələrinin çatdırılması ideyasını dəstəkləmir.

APA xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri DPA-ya deyib.

“Biz mümkün olan hər şeylə Ukraynanı dəstəkləyirik. Amma Almaniyanın müdafiə qabiliyyətinə də zəmanət verməliyik. Bundesveri bu dövrdə talamaq istəmək, üstəlik, baş müfəttişin hərbi məsləhətlərinə məhəl qoymamaq məsuliyyətsizlikdir”, - nazir vurğulayıb.

Qeyd edək ki, Almaniyanın hərbi məsələlər üzrə baş müfəttişi, general Eberhard Zorn daha əvvəl bildirib ki, ordu hazırda "Fuchs" nəqliyyat tanklarını paylaya bilməz.

Parlamentdəki müxalifət isə 200 nəqliyyat tankının Ukraynaya göndərilməsini tələb edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR