Almaniyanın xarici işlər naziri Gürcüstana səfərə gəlib - FOTO

Almaniyanın xarici işlər naziri Gürcüstana səfərə gəlib - FOTO
# 24 mart 2023 06:07 (UTC +04:00)

Almaniyanın xarici işlər naziri Annalena Berbok Gürcüstana iki günlük rəsmi səfərə gəlib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan XİN yayıb.

Bildirilib ki, Annalena Berboku Tbilisi hava limanında Gürcüstanın xarici işlər nazirinin müavini Xatuna Totladze qarşılayıb.

Səfər çərçivəsində Annalena Berbok gürcüstanlı həmkarı İliya Darçiaşvili ilə görüş keçirəcək. Annalena Berbok həmçinin Gürcüstan hökumətinin başçısı İrakli Qaribaşvili və Gürcüstan prezidenti Salome Zurabişvili ilə, eləcə də QHT-lər və müxalifət partiyaları ilə görüşəcək.

Gürcüstan XİN-in məlumatına görə, Berbok "işğal xəttinə" də baş çəkərək vəziyyətlə yerində tanış olacaq.

Qeyd edək ki, bu, Annalena Berbokun Gürcüstana ilk rəsmi səfəridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR