Altun: Türkiyənin İsveçin NATO üzvlüyünü ratifikasiyası nə qədər lazımdırsa, o qədər çəkəcək

Altun: Türkiyənin İsveçin NATO üzvlüyünü ratifikasiyası nə qədər lazımdırsa, o qədər çəkəcək
# 23 yanvar 2023 00:46 (UTC +04:00)

Türkiyənin İsveçin NATO-ya üzvlüyünü ratifikasiyası nə qədər lazımdırsa, o qədər çəkəcək.

APA xəbər verir ki, bunu “Dagens Nyheter” qəzetinə müsahibəsində Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun deyib.

“Bu, nə qədər lazımdırsa, o qədər vaxt aparacaq. Xatırladım ki, Yunanıstan Şimali Makedoniyanın NATO-ya daxil olmasına çox cüzi bir səbəbdən - ölkənin adına görə veto qoymuşdu və bu, on illərlə davam etdi. Makedoniya NATO-ya üzv olmaq üçün adını dəyişməli olub. Türkiyənin narahatlığı daha ciddidir: söhbət minlərlə günahsız insanın ölümünə səbəb olan terror aktlarından gedir”, - Altun vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR