AMB: Bu il Avropa İttifaqında 2% inflyasiya gözlənilir

Kristin Laqard

© APA | Kristin Laqard

# 16 yanvar 2022 21:46 (UTC +04:00)

Avropa Mərkəzi Bankı (AMB) bu il Avropa İttifaqında inflyasiyanın aşağı enəcəyini proqnozlaşdırır.

APA-nın xəbərinə görə, bu barədə AMB-nin rəhbəri Kristin Laqard məlumat verib.

Bank rəhbəri bildirib ki, yaxın aylarda inflyasiyaya təsir edən amillər zəifləyəcək və illik 2% səviyyəsini saxlamaq mümkün olacaq. Avrozonada inflyasiyanın başlıca səbəbi enerji daşıyıcılarının qiymətinin bahalaşmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR