Amnesty International Ukrayna ilə bağlı qalmaqallı hesabata görə üzr istəyib

Amnesty International Ukrayna ilə bağlı qalmaqallı hesabata görə üzr istəyib
# 07 avqust 2022 18:19 (UTC +04:00)

Amnesty İnternational Ukraynanı hərbçilərin mülki əhaliyə təhlükə törətməkdə ittiham etdiyi hesabatına görə üzr istəyib.

APA xəbər verir ki, bu barədə təşkilatın Sky News və Reuters-in yaydığı bəyanatında deyilir.

Beynəlxalq qurum hesabatının qəzəb doğurmasından "dərin təəssüfləndiyini" bildirib. Eyni zamanda, onlar hesabatın nəticələrini də rədd etmir.

“"Amnesty İnternational”ın bu və hər bir digər münaqişədə prioriteti mülki şəxslərin müdafiəsini təmin etməkdir. Həqiqətən də, son araşdırmanı dərc etməkdə yeganə məqsədimiz bu idi. Nəticələrimizi tam dəstəkləsək də, yaranan narazılığa görə təəssüflənirik", - bəyanatda deyilir.

Təşkilat bildirir ki, guya Ukrayna qüvvələrinin sənədləşdirdiyi heç bir hərəkəti “Rusiya tərəfindən pozuntulara haqq qazandırmır”.

Bildirilir ki, bu, Amnesty İnternational təşkilatının Rusiya qüvvələri tərəfindən törədilən pozuntulara görə Ukrayna qüvvələrini məsuliyyət daşıması və ya Ukrayna ordusunun ölkənin digər bölgələrində adekvat ehtiyat tədbirləri görməməsi demək deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR