Ankarada raket və partlayıcı maddə müəssisəsində partlayış olub, ölənlər var

Ankarada raket və partlayıcı maddə müəssisəsində partlayış olub, ölənlər var
# 10 iyun 2023 12:36 (UTC +04:00)

Ankarada Elmadağ səmtində yerləşən raket və partlayıcı maddə istehsalı müəssisəsində partlayış baş verib.

APA TRT Haber-ə istinadən xəbər verir ki, bu barədə Ankara valisi Vasip Şahin məlumat verib.

Onun sözlərinə görə, hadisə yerli vaxtla saat 08:45-də kimyəvi proses zamanı meydana gəlib və 5 işçi həyatını itirib.

Vali əlavə edib ki, faktla bağlı istintaq başladılıb.

"Dağıntılar altında qalan hər kəs çıxarılıb, xəsarət alan olmayıb" - deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR