Anqolanın Bakıda təhsil almış sabiq prezidentinin meyiti müayinə olunub

Joze Eduardu duş Santuş

© APA | Joze Eduardu duş Santuş

# 12 iyul 2022 07:23 (UTC +04:00)

İspaniyada vəfat etmiş Anqolanın sabiq Prezidenti Joze Eduardu duş Santuşun meyiti müayinə olunub.

APA-nın “Le Matin” saytına istinadla xəbərinə görə, müayinə sabiq prezidentin qızının iddiası əsasında aparılıb. O, atasının ölümündə “şübhəli məqam” olduğu iddiası ilə Barselona məhkəməsinə müraciət edib. Həftə sonu aparılan müayinənin nəticəsi hələ ki, məlum deyil.

Joze Eduardu duş Santuş 1979-2017-ci illərdə Anqola Prezidenti olub.
Xatırladaq ki, Santuş 1963-1969-cu illərdə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təhsil alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR