Araxamiya Ukraynada işdən uzaqlaşdırılan məmurların siyahısını açıqlayıb

David Araxamiya

© APA | David Araxamiya

# 02 fevral 2023 15:16 (UTC +04:00)

Araxamiya Ukraynada həyata keçirilən axtarışların və işdən uzaqlaşdırılmaların nəticələrini açıqlayıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Ali Radasında“Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya “Telegram”da yazıb.

Araxamiya qeyd edib ki, Kiyevdəki vergi idarəsində, ukraynalı iş adamı İqor Kolomoyskinin, sabiq DİN rəhbəri Arsen Avakovun və keçmiş deputat Vadim Stoların evlərində axtarış aparılıb.

O həmçinin əlavə edib ki, "Motor Sich" ASC-nin prezidenti Vyaçeslav Boquslaev, Müdafiə nazirinin sabiq müavini Vyaçeslav Şapovalov, Müdafiə Nazirliyinin Dövlət Satınalmaları Departamentinin direktoru Boqdan Xmelnitski, "Ukrtatnafta" şirkətinin bütün rəhbər heyəti, energetika naziri İqor Nasalik və bir sıra digər vəzifəli şəxslər şübhəli qismində saxlanılıb.

Fraksiya rəhbəri bildirib ki, Dövlət Ərzaq və İstehlak Xidməti rəhbərinin müavini Giya Lordkipanidze, Dövlət Meşə Agentliyi rəisinin birinci müavini Yuriy Sotnik və digər səlahiyyətli şəxslər isə tutduqları vəzifələrdən azad edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR