Arestoviç Kremli hədələyib: “Kiyevə raket hücumuna cavab hazırlanır”

Arestoviç Kremli hədələyib: “Kiyevə raket hücumuna cavab hazırlanır”
# 26 iyun 2022 16:12 (UTC +04:00)

Ukrayna Prezidentinin müşaviri Aleksey Arestoviç bildirib ki, Ukrayna Rusiyanın bu gün Kiyevə raket hücumuna cavab hazırlayır.

APA xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.

Arestoviç qeyd edib ki, cavab zərbəsinin hədəfi qeyri-mülki əhali olacaq.

"Kremldəkilər elə bilir ki, biz dağılacağıq. Biz isə cavab verəcəyik. Yalnız sizin kimi dinc insanlar üçün deyil. Komanda postları üçün", - o yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR