Arestoviç: “Lisiçanskın tutulması rusların bu müharibədə sonuncu böyük uğurudur”

Arestoviç: “Lisiçanskın tutulması rusların bu müharibədə sonuncu böyük uğurudur”
# 05 iyul 2022 01:10 (UTC +04:00)

Lisiçansk şəhəri üzərində nəzarətin yaradılması Rusiya ordusunun bu müharibədə sonuncu böyük uğurudur.

APA xəbər verir ki, bu barədə jurnalist Mark Feyqinə müsahibəsində Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Aristoviç bildirib.

O qeyd edib ki, Rusiya ordusu daha bir neçə kəndi ələ keçirə bilərlər.

“Mən sadəcə olaraq onların qoşunlarında nə baş verdiyini bilirəm... Başqa bir şəhəri ələ keçirmək üçün onların operativ ehtiyatlarını haradan əldə edəcəklərini bilmirəm", - deyə o vurğulayıb.

Xatırladaq ki, iyulun 3-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Ukrayna qoşunlarının Luqansk vilayətinin Lisiçanskdakı mövqelərini və xətlərini tərk etdiyini bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR