Arestoviç: “Rusiya 9 Mayda ukraynalı əsirlərin paradını təşkil etmək istəyir”

Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç

© APA | Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç

# 24 aprel 2022 02:31 (UTC +04:00)

Rusiya mayın 9-da ukraynalı əsirlərlə parad təşkil etmək niyyətindədir.

APA xəbər verir ki, bu barədə jurnalist Mark Feyqinə müsahibəsində Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib.

“Rusiya Federasiyası mayın 9-da ukraynalı əsirlərlə parad təşkil etmək istəyir. Əsirləri bu cür ələ salmaq cinayətdir, Cenevrə Konvensiyasının və bütün müharibə qaydalarının çox ciddi şəkildə pozulmasıdır”,- deyə Arestoviç bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR