Arestoviç Ukrayna müharibəsinin bitəcəyi vaxtı açıqlayıb

Arestoviç Ukrayna müharibəsinin bitəcəyi vaxtı açıqlayıb
# 07 iyul 2022 02:10 (UTC +04:00)

Ukrayna prezidenti aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç ölkəsində müharibənin bitmə vaxtı ilə bağlı yeni proqnozunu açıqlayıb.

APA xəbər verir ki, UNİAN-a istinadən xəbər verir ki, bu barədə o Mark Feyqinlə canlı yayımda deyib.

O müharibənin 2,5 ildən sonra bitəcəyini proqnoz edib.

Arestoviçin sözlərinə görə, Rusiya ordusu Ukraynada hər hansıüstünlüyə nail olmaq imkanını artıq itirib.

O, həmçinin bildirib ki, bu ay müharibənin taleyi baxımından həlledici aydır. Avqustun əvvəlinə kimi gedişat öz sözünü deyəcək.

Qeyd edək ki, mayın sonunda Aretoviç müharibənin bir neçə ay davam edəcəyini proqnozlaşdırmışdı.

Bundan əvvəl, aprel ayında o, müharibənin bu ilin sonuna qədər başa çatacağını demişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR